...

Futbol üzrə İspaniya çempionatında "Real" "Atletiko"ya qalib gəldi

İdman Materials 13 Dekabr 2020 04:05 (UTC +04:00)
Futbol üzrə İspaniya çempionatında "Real" "Atletiko"ya qalib gəldi

Bakı. Trend:

İspaniya Futbol Çempionatının 13-cü turunda "Real Madrid" "Atletiko"ya 2:0 hesabı ilə qalib gəldi.

Trend TASS-a istinadən xəbər verir ki, görüş Madriddəki "Alfredo di Stefano" stadionunda baş tutub.

Oyunun ilk qolunu 15-ci dəqiqədə Kazemiro vurub, ikinci qol isə "Atletiko"nun qapıçısı Jan Oblak (63-cü dəqiqə) keçirdiyi avtoqol kimi qeydə alınıb.

"Atletiko" ölkə çempionatında "Real Madridə" məğlub olduğu (0:1) 1 fevraldan sonra matç uduzmayıb. Bu müddət ərzində komanda "La Liqada" 26 oyun keçirib, 17 qələbə qazanıb və 9 dəfə heç-heçə edib.

"Atletiko" 11 matçda 26 xalla turnir cədvəlinə liderlik edir. "Real Madrid" 12 görüşdə 23 xalla üçüncüdür. Növbəti turda "Atletiko" 19 dekabrda "Elçe"ni qəbul edəcək, "Real Madrid" 16 dekabrda "Atletika" Bilbao ilə oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti