Bakı. Trend:
Almaniyanın "Bavariya" komandası klublararası dünya çempionatının finalında Meksikanın "Tigres" futbol klubunu 1:0 hesabı ilə məğlub etdi.
Trend-in məlumatına görə, görüş "Edyukeyşn Siti" stadionunda keçirilib. Bu stadion Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatının səkkiz arenasından biri olacaq.
"Bavariya" ikinci dəfə klublararası dünya çempionatının qalibi olub.Münxen komandası ardıcıl altıncı kuboku qazandı.