...

İğtişaşlara görə təxirə salınan "Marsel" - "Renn" matçının vaxtı məlum olub

İdman Materials 18 Fevral 2021 09:09 (UTC +04:00)
İğtişaşlara görə təxirə salınan "Marsel" - "Renn" matçının vaxtı məlum olub

Bakı. Trend:

Fransa futbol çempionatının 22-ci turunun "Marsel" - "Renn" matçı 10 mart tarixində keçiriləcək.

Trend-in məlumatına görə, bu barədə Fransa liqasının mətbuat xidməti məlumat verib.

Görüş 30 yanvarda keçrilməli olub, lakin həmin gün Marseldəki azarkeşlərin komandanın nəticələrindən narazı olduqları üçün törətdikləri iğtişaşlara görə təxirə salınıb.

Hazırda “Marsel” 23 matçda 34 xal toplayaraq liqanın 9-cu, “Rennes” 24 görüşdə topladığı 38 xalla beşinci pillədə qərarlaşıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti