...

Futbol üzrə Almaniya çempionatı: "Ayntraxt" "Bavariya"nı məğlub etdi

İdman Materials 20 Fevral 2021 21:35 (UTC +04:00)
Futbol üzrə Almaniya çempionatı: "Ayntraxt" "Bavariya"nı məğlub etdi

Bakı. Trend:

Almaniya çempionatının 22-ci tur oyununda Frakfurtun "Ayntraxt"ı Münhen "Bavariya"sını 2:1 hesabı ilə məğlub etdi.

Trend-in məlumatına görə, qaliblər sırasında qolları Daiti Kamada (12-ci dəqiqə) və Amin Yunes (31), "Bavariya"dan isə Robert Levandovski (53) vurublar.

Münhen klubu 22 matçdan sonra 49 xalla ölkə çempionatı cədvəlində birinci, "Ayntraxt" isə 22 görüşdən sonra 42 xalla dördüncüdür.

Növbəti turda "Bavariya" 27 fevralda "Köln"ü qəbul edəcək, 3 fevralda isə Çempionlar Liqasının 1/8 final matçında İtaliyanın "Lasio" komandası ilə görüşöcök. "Ayntraxt" ölkə çempionatının 23-cü turunda 26 fevralda Bremenin "Verder" komandasına qarşı oynayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti