...

Çempionlar Liqası: "Real" komandası "Liverpul"u məğlub edib

İdman Materials 7 Aprel 2021 01:13 (UTC +04:00)
Çempionlar Liqası: "Real" komandası "Liverpul"u məğlub edib

Bakı. Trend:

İspaniyanın "Real" futbol klubu Çempionlar Liqasının 1/4 finalının ilk oyununda İngiltərənin "Liverpool" komandasını məğlub edib.

Trend-in məlumatına görə, İspaniya təmçilisinin doğma meydanında keçirilən görüş 3:1 hesabı ilə başa çatıb.

Qalib komandanın heyətində qolları Vinisius (27 və 65-ci dəqiqələr) və Marko Asensio (36) vurublar.

Rəqib komandada yeganə qolu Məhəmməd Salah (51) vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti