...

İngiltərə futbol çempionatının lideri "Mançester Siti" "Lids"ə məğlub oldu

İdman Materials 10 Aprel 2021 18:53 (UTC +04:00)

Bakı. Trend:

İngiltərə Premyer Liqasının (Premyer Liqa) 31-ci tur matçında "Mançester Siti" "Lids"ə 1:2 hesabı ilə məğlub oldu.

Trend-in məlumatına görə, qolları qalib komanda tərəfdən Styart Dallas (42, 90+1), digər tərəfədn isə Ferran Torres (76) vurublar.

32 oyundan 74 xal toplayan "Mançester Siti" Premyer Liqa sıralamasında birinci yerdədir. "Lids" 31 oyunda 45 xal toplayaraq 9-cu yerdədir.

Növbəti turda aprelin 21-də "Manchester Siti" "Aston Villa" ilə oynayacaq, "Lids" aprelin 19-da "Liverpul"u qəbul edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti