...

"Brügge"ardıcıl ikinci dəfə futbol üzrə Belçika çempionu oldu

İdman Materials 21 May 2021 05:30 (UTC +04:00)
"Brügge"ardıcıl ikinci dəfə futbol üzrə Belçika çempionu oldu

Bakı. Trend:

"Brugge" futbol komandası Belçika çempionatının pley-off matçının beşinci turunda səfərdə "Anderlext" ilə heç-heçə oynayıb.

Trend xəbər verir ki, görüş 3:3 hesabı ilə başa çatıb.

Çempionatın bitməsinə bir tur qalmış "Brügge" üç xal ikinci yerdə gedən "Genk"i qabaqlayır. Mümkün bərabərliyin olması halında "Brügge" mütəmadı mövsümdə ən yaxşı nəticəsinə görə "Genk"dan daha yüksəkdə qərarlaşacaq.

“Brugge” 17-ci dəfə ölkə çempionu olur. Hazırda titul komanda tərəfindən ardıcıl ikinci dəfə qazanılır. "Brügge"dən çox ölkə çempionatında yalnız "Anderlext" qalib olub - 34 dəfə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti