...

Şahmat üzrə “Masters” turnirində Nicat Abasov ilk qələbəsini qazanıb

İdman Materials 16 İyun 2021 00:01 (UTC +04:00)
Şahmat üzrə “Masters” turnirində Nicat Abasov ilk qələbəsini qazanıb

Bakı. Trend:

Çexiyada Azərbaycan şahmatçısı Nicat Abasovun da qatıldığı ənənəvi Praqa şahmat festivalının əsas yarışının – “Masters” turnirinin ikinci turunun oyunları keçirilib.

Trend-in verdiyi xəbərə görə, ikinci turda ağ fiqurlarla mübarizə aparan şahmatçımız isveçli rəqibi Nils Qrandeliusu məğlub edib. Bununla da N.Abasov yarışda ilk qələbəsini qazanıb.

Turun digər oyunlarında polşalı şahmatçılar Radoslav Voytaşek çexiyalı şahmatçı David Navaranı məğlub edib, Yan-Kşıştof Duda isə ABŞ təmsilçisi Sem Şenklanda uduzub. Çexiyanın digər şahmatçısı Tay Dan Van Nquyen isə niderlandlı Jorden Van Forest ilə heç-heçə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti