...

Kikboksçumuz Pərviz Abdullayev peşəkar rinqdə 50-ci qələbəsini qazanıb

İdman Materials 28 İyun 2021 19:13 (UTC +04:00)
Kikboksçumuz Pərviz Abdullayev peşəkar rinqdə 50-ci qələbəsini qazanıb

Bakı. Trend:

Azərbaycanın və “Qəbələ” idman klubunun kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.

Trend-in məlumatına görə, o, İstanbulda təşkil olunan “Akın döyüş arenası” çərçivəsində döyüşdə braziliyalı Gilyerme Rodriqo Ferreyra ilə üz-üzə gəlib.

“Yahya Kemal Beyatlı Göstəri Mərkəzi”ndə baş tutan qarşılaşma kikboksçumuzun qələbəsi ilə başa çatıb. Bu, peşəkar səviyyədə 56-cı döyüşünü keçirən P.Abdullayevin 50-ci qələbəsi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti