...

İngiltərə futbol çempionatı: "Çelsi" "Arsenal"a qalib gəldi

İdman Materials 22 Avqust 2021 22:43 (UTC +04:00)
İngiltərə futbol çempionatı: "Çelsi" "Arsenal"a qalib gəldi

Avqustun 22-də futbol üzrə İngiltərə Premyer Liqasının ikinci turunun mərkəzi qarşılaşması keçirilib.

Trend xəbər verir ki, “Emirates” stadionunda baş tutan görüşdə iki London təmsilçisi - “Arsenal” və “Çelsi” komandaları üz-üzə gəlib.

Görüş “Çelsi” komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda hesab matçın 15-ci dəqiqəsində açılıb. Romeru Lulaku debüt oyununda qol vurmağı bacarıb. İyirmi dəqiqə sonra “Çelsi” hesab arasındakı fərqi iki topa çatdırıb. Meyson Mountun ötürməsindən sonra Ris Jeyms fərqlənib.

Qalan dəqiqələrdə hər iki komandanın cəhdlərinə baxmayaraq hesab dəyişilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti