...

"Mançester Siti" Kriştianu Ronaldunu transfer etmək niyyətindədir

İdman Materials 26 Avqust 2021 20:05 (UTC +04:00)
"Mançester Siti" Kriştianu Ronaldunu transfer etmək niyyətindədir

Bakı. Trend:

Harri Keyni transfer edə bilməyən “Mançester Siti” hazırda bütün diqqətini Kriştianu Ronalduya yönəldib.

Trend xəbər verir ki, İngiltərə klubu 36 yaşlı portuqaliyalı hücumçuya iki illik müqavilə təklif edir. Ronaldu mançesterlilərin şərtləri ilə razılaşsa, ilə 15 milyon avro məvacib alacaq.

Kriştianun meneceri Jorje Mendeş “Yuventus” rəhbərliyi ilə danışıqlar aparmaq üçün artıq Turinə gəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti