...

Pele əməliyyat olunub

İdman Materials 6 Sentyabr 2021 22:41 (UTC +04:00)

Bakı. Trend:

Braziliya millisinin keçmiş futbolçusu Pele öz "İnstaqram" səhifəsində yoğun bağırsağında aşkar olunan şişin çıxarılması əməliyyatından danışıb.

Trend-in məlumatına görə, keçmiş futbolçu bildirib ki, əməliyyat 4 sentyabr tarixində baş verib. O həkimlərə təşəkkür edib və hazırda özünü yaxşı hiss etdiyini qeyd edib.

Pele əlavə edib ki, şiş müntəzəm müayinə zamanı aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti