...

Azərbaycanlı hakim beynəlxalq turnirin final döyüşlərini idarə edib

İdman Materials 18 Dekabr 2021 17:01 (UTC +04:00)
Azərbaycanlı hakim beynəlxalq turnirin final döyüşlərini idarə edib

Bakı. Trend:

Ukraynanın Kiyev şəhərində WAKO təqviminə uyğun olaraq Kikboksinq üzrə beynəlxalq turnir "Wizard open" keçirilib.

Trend xəbər verir ki, turnirə Azərbaycan kikboksinq federasiyasının idmancıları və hakimlər kollegiyasının sədri beynəlxalq "A" dərəcəli hakim Aydın Ağabəyov da dəvət edilib.

Aydın Ağabəyov turnirin final döyüşlərini və qala gecəsini idarə edib.

O, yarışın seçilmiş hakimi kimi Ukrayna Kikboksinq federasiyasının prezidenti Olga Pavlenko tərəfindən mükafat alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti