...

Azərbaycan komandası İsveçrədə polo üzrə dünya kubokunun qalibi oldu

İdman Materials 30 Yanvar 2022 18:44 (UTC +04:00)
Azərbaycan komandası İsveçrədə polo üzrə dünya kubokunun qalibi oldu

Bakı. Trend:

İsveçrənin Sankt Moritz şəhərində qarüstü polo üzrə 37-ci dünya kubokunda Azərbaycan komandası birincilik əldə edib.

Trend xəbər verir ki, nüfuzlu turnirdə ölkəmizi Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə "Land of Fire" komandası təmsil edir.

Bu gün keçirilən həlledici görüşdə rəqib Fransanın "Clinique La Prairie" komandasına 6:2 hesabı ilə qalib gələn Azərbaycan komandası ilk dəfə sözügedən turnirin qalibi olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti