...

Futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib

İdman Materials 5 Fevral 2022 14:42 (UTC +04:00)
Futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib

Bakı. Trend:

Niderlandda keçirilən futzal üzrə Avropa çempionatında finalçılar müəyyənləşib.

Trend xəbər verir ki, həlledici qarşılaşmada Rusiya və Portuqaliya milli komandaları üz-üzə gələcək.

Yarımfinalda Rusiya Ukraynanı, Portuqaliya isə İspaniyanı eyni hesabla məğlub edib - 3:2.
Rusiya millisi yeddinci, Portuqaliya seçməsi isə üçüncü dəfə Avropa çempionatlarının finalına yüksəlib. Hər iki komanda 1 dəfə çempionluq sevinci yaşayıb. Belə ki, Rusiya millisi 1999-cu, Portuqaliya isə 2018-ci ildə Avropanın ən güclü komandası olub.

Final matçı fevralın 6-da Bakı vaxtı ilə saat 20:30-da başlanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti