...

Şahmatçımız Hindistanda keçirilən beynəlxalq turnirə qələbə ilə start verib

İdman Materials 23 Mart 2022 06:27 (UTC +04:00)
Şahmatçımız Hindistanda keçirilən beynəlxalq turnirə qələbə ilə start verib

Bakı. Trend:

Hindistanın Nyu-Dehli şəhərində şahmat üzrə beynəlxalq turnir start götürüb.

Trend xəbər verir ki, yarışda Azərbaycanın iki şahmatçısı- Azər Mirzəyev və Xatun Bağırova iştirak edirlər. Təmsilçimiz A.Mirzəyev birinci turda qələbə qazanıb. Digər şahmatçımız X.Bağırova isə ilk qarşılaşmada uduzub.

Turnir İsveçrə sistemi üzrə keçirilir və 10 turdan ibarət olacaq.

Yarış martın 29-dək davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti