Bakı. Trend:
PSJ klubunun fransalı hücumçusu Killian Mbappe yayda klubu tərk edib-etməyəcəyinə hələ qərar verməyib.
Trend-in məlumatına görə, bu barədə o, "Prime Video"ya müsahibəsində deyib.
"Hələ qərar verməmişəm, bunu hamı bilir. Düşünürəm ki, yeni məqamlar və nəzərə almalı olduğum bir çox nüanslar var. Əgər mən artıq qərar vermiş olsaydım, bunu açıqlayardım. Müqaviləni uzadıb PSJ-də davam etmək olar mı? Əlbəttə ki, bəli", - deyə K.Mbappe bildirib.
Qeyd edək ki, Killian Mbappenin hazırkı müqaviləsi 2022-ci ilin yayına kimi nəzərdə tutulub.