Bakı. Trend:
"Pari Sen-Jermen" klubunun və Braziliya yığmasının hücumçusu Neymar milli komandanın 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında qalib gələcəyinə ümid etdiyini bildirib.
Trend-in məlumatına görə, bu barədə "Goal.com" portalı bildirib.
"Bu mənim ən böyük arzumdur. Bu il PSJ ilə Çempionlar Liqasını qazanmaq istəyirdim, amma təəssüf ki, olmadı. Dünya çempionatında qalib olmaq üçün bu fürsəti əldən vermək istəmirəm", - deyə futbolçu qeyd edib.
Braziliya millisi beşqat dünya çempionudur. Qətərdə Titanın yetirmələri qrup mərhələsində Serbiya, İsveçrə və Kamerun milliləri ilə mübarizə aparacaq.