Bakı. Trend:
10 iyun tarixindən etibarən start götürmüş, 3 gün davam edən 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi çərçivəsində Formula 1 pilotlarının Bakıda avtoqraf sessiyası keçirilib.
Trend-in məlumatına görə, hər biri 45 dəqiqə olmaqla, iki hissədən ibarət sessiyada azarkeşlər pilotlardan avtoqraf alıb, onlarla şəkil çəkdirmək şansı qazanıb.
Toplam 10 komandanın iştirak etdiyi avtoqraf sessiyasında ilk olaraq “McLaren”, “Haas”, “Red Bull”, “Alfa Romeo”, “Alpha Tauri” komandalarının pilotları azarkeşlərlə görüşüb, avtoqraf veriblər.
İkinci sessiyada isə fanatlar “Mercedes”, “Alpine”, “Ferrari”,“Aston Martin” və “Williams” pilotlarından xatirə imzası alıblar.
Xatırladaq ki, yalnız üç günlük bilet sahibləri Formula 1 Azərbaycan Qran Prisini izləməklə yanaşı, Dənizkənarı Milli Park ərazisində hazırlanmış Əyləncə Zonasında vaxt keçirə və avtoqraf sessiyalarında iştirak edə bilər.