...

Futzal üzrə millimiz iki yoldaşlıq oyunu keçirəcək

İdman Materials 10 Sentyabr 2022 04:54 (UTC +04:00)
Futzal üzrə millimiz iki yoldaşlıq oyunu keçirəcək

Bakı. Trend:

Futzal üzrə Azərbaycan milli komandasının Dünya çempionatının əsas mərhələsinin qrup oyunlarına hazırlıq məqsədi ilə sentyabrın 12-dən 16-dək Bakıda, 16-dan 20-dək isə Qazaxıstanın Aktau şəhərində təlim-məşq toplanışı olacaq.

Trend xəbər verir ki, millimiz təlim-məşq toplanışı çərçivəsində sentyabrın 19-da və 20-də səfərdə Qazaxıstan yığması ilə iki yoldaşlıq oyunu keçirəcək.

Oyunlar Aktau şəhərindəki “Halyk Arena”da keçiriləcək və yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 16:00) başlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti