...

Azərbaycan millisi FIFA reytinqində beş pillə irəliləyib

İdman Materials 6 Oktyabr 2022 14:57 (UTC +04:00)
Azərbaycan millisi FIFA reytinqində beş pillə irəliləyib
Orxan Nəbiyev
Orxan Nəbiyev
Bütün xəbərlər

Bakı. Trend:

Futbol üzrə Azərbaycan milli komandası FIFA reytinqində beş pillə irəliləyib.

Trend-in məlumatına görə, təşkilatın bu gün açıqladığı reytinq siyahısında Azərbaycan 1 146,72 xalla 123-cü yerdə qərarlaşıb.

Avqust ayında açıqlanmış reytinqdə Azərbaycan millisi 128-ci yerdə idi.

Reytinqə əvvəlki kimi Braziliya başçılıq edir. Belçika millisi ikinci, Argentina üçüncü yerdə qərarlaşıb.

Fransa, İngiltərə, İspaniya, İtaliya, Niderland, Portuqaliya və Danimarka ilk onluqda yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti