Bakı. Trend:
İngiltərənin "Mançester Siti" klubunun norveçli hücumçusu Erlinq Holand uşaqlıqda ən çox sevdiyi futbolçunun adını açıqlayıb.
Trend xəbər verir ki, bu barədə şənbə günü "Sky Sport" məlumat yayıb.
"Uşaqlıqda ən sevdiyim oyunçu? Atamı saymazsaq, Zlatan İbrahimoviçdir. "Borussiya" ilə matçda qol əla idi, şübhəsiz ki, ən yaxşılardan biri idi. "Şalke" və "PSJ"yə qarşı da qolları saymaq olar. "Borussiya"nın Çempionlar Liqasında "PSJ"yə vurduğu ilk qol bəlkə də ən yaxşı qol idi", - deyə E.Holand bildirib.