Bakı. Trend:
Futzal üzrə UEFA Çempionlar Liqasında mübarizə aparan “Araz-Naxçıvan” turnirin əsas mərhələsində bu gün İsveçin “Orebro” klubu ilə qarşılaşıb.
Trend-in məlumatına görə, Bosniya və Herseqovinada keçirilmiş oyun rəqib komandanın 5:2 hesablı qələbəsilə yekunlaşıb.
Təmsilçimizin heyətində Vitinyo və Ramiz Çovdarov fərqləniblər.
“Araz-Naxçıvan” əsas mərhələdə növbəti oyununu sabah - oktyabrın 27-də Serbiyanın “Loznika Qrad” klubuna qarşı keçirəcək.