...

Neymar Qətərdə keçiriləcək dünya çempionatının üstünlüyünü açıqlayıb

İdman Materials 12 Noyabr 2022 08:26 (UTC +04:00)
Neymar Qətərdə keçiriləcək dünya çempionatının üstünlüyünü açıqlayıb

Bakı. Trend:

Braziliya futbol yığmasının hücumçusu Neymar Qətərdə keçiriləcək dünya çempionatı ilə bağlı gözləntilərini bölüşüb.

Trend-in məlumatına görə, bu barədə "101 Great Goals" portalı xəbər verib.

"Bu dünya çempionatına hazırlıq həmişəkindən daha yaxşı gedir, çünki bu dövr oyunçuların ən yaxşı vəziyyətdə olduqları mövsümün ortasında keçirilir. Mövsümün sonuna kimi futbolçular yorula bilər, ona görə də bu dünya çempionatının səviyyəsinin çox yüksək olacağını düşünürəm", - deyə Neymar bildirib.

Qeyd edək ki, dünya çempionatı 2022-ci il noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək. Turnir beş şəhərin səkkiz stadionunda keçiriləcək. Final qarşılaşması “Milli Stadion”da baş tutacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti