...

Lui van Qal Niderlandın baş məşqçisi vəzifəsindən istefa verdiyini təsdiqləyib

İdman Materials 10 Dekabr 2022 04:51 (UTC +04:00)
Lui van Qal Niderlandın baş məşqçisi vəzifəsindən istefa verdiyini təsdiqləyib

Bakı. Trend:

Lui van Qal Niderland milli futbol komandasının Qətərdə keçirilən dünya çempionatında məğlubiyyətindən sonra baş məşqçi vəzifəsindən istefa verib.

Trend xəbər verir ki, bu barədə Lui van Qal oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

"Niderland millisinin baş məşqçisi kimi işləməyə davam etməyəcəyəm, bu, doğrudan da, mənim son matçım idi, millidəki üçüncü müddətim başa çatdı. Son seriyada komanda 20 oyun keçirib və bir dəfə də olsun uduzmayıb (əsas vaxtda - red.)", - deyə Lui Van Qal bildirib.

Mütəxəssis ötən ilin avqustunda üçüncü dəfə Niderland millisinin baş məşqçisi vəzifəsinə gəlib. "Mən komandamla fəxr edirəm, uşaqlar hər şeylərini verdilər. Bizim böyük məğlubiyyətsiz seriyamız var, vurulan və buraxılan qollar arasında böyük fərq var. Çox gözəl vaxt keçirdik və indi bu şəkildə uduzmağımız inanılmaz dərəcədə ağırdır", - deyə baş məşqçi əlavə edib.

Xatırladaq ki, bu gün Niderland millisi Dünya Çempionatının 1/4 final mərhələsində penalti seriyasında Argentinaya uduzub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti