Bakı. Trend:
Braziliyanın Rio-de-Janeyro şəhərində yerləşən "Marakana" stadionuna gedən əsas yollardan biri üçqat dünya çempionu braziliyalı hücumçu Pelenin şərəfinə adlandırılacaq.
Trend-in məlumatına görə, bu barədə şəhərin meri Eduardu Paes öz "Twitter " səhifəsində yazıb.
""Marakana"nı əhatə edən qərb radial prospekti Pele prospekti adlandırılacaq, fərman sabah dərc olunacaq", - deyə E.Paes yazıb.
Xatırladaq ki, Pele dekabrın 29-da 82 yaşında dünyasını dəyişib. Braziliyalı keçmiş futbolçu dünya çempionatında üç dəfə (1958, 1962, 1970) qalib gələn yeganə oyunçudur.