...

Azərbaycanın gənc qadın gimnastlarının böyük potensialı var - Katrin Taseva

İdman Materials 4 Fevral 2023 18:46 (UTC +04:00)
Azərbaycanın gənc qadın gimnastlarının böyük potensialı var - Katrin Taseva
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanın gənc qadın gimnastlarının böyük potensialı var.

Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycanın gənc qadın gimnastları üçün ustad dərsi keçirmək üçün Bakıya dəvət olunan məşhur bolqarıstanlı gimnast, bədii gimnastika üzrə dünya çempionatının gümüş mükafatçısı Katrin Taseva deyib.

"Ustad dərsi zamanı bilik, bacarıq və təcrübəmi bölüşməyə çalışdım. Ümid edirəm ki, dərslərimiz gənc gimnastlar üçün faydalı olacaq və onların bacarıqlarının inkişafına töhfə verəcək. Bakıya səfər etdiyimə və burada dərs keçmək imkanına malik olduğum üçün çox şadam. Bu dəvətə görə Azərbaycan Gimnastika Federasiyasına təşəkkürümü bildirirəm", - deyə K.Taseva qeyd edib.

Bolqarıstanlı gimnast bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvlərinin yüksək hazırlıq səviyyəsini qeyd edib.

"Bədii gimnastika üzrə Azərbaycan yığmasının üzvlərinin çıxışı mənim çox xoşuma gəlir. Qeyd edim ki, onlarla güclü xoreoqraflar, məşqçilər işləyir.", - deyə o bildirib.

Bakıda təşkil olunan bədii gimnastika üzrə beynəlxalq yarışlardan danışan Katrin Taseva onların hər zaman yüksək səviyyədə keçirildiyini qeyd edib:

"Yarışların təşkili həmişə əla səviyyədədir. Bakıda iştirak etdiyim yarışlarda özümü evdəki kimi rahat hiss edirdim".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti