...

“Qarabağ” - “Qalatasaray” oyununa ilk gündə 40 mindən artıq bilet satılıb

İdman Materials 16 Mart 2023 22:15 (UTC +04:00)
“Qarabağ” - “Qalatasaray” oyununa ilk gündə 40 mindən artıq bilet satılıb

Bakı. Trend:

“Qarabağ” - “Qalatasaray” oyununa bilet satışı davam edir.

Trend Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ” FK və Türkiyənin “Qalatasaray” klubları arasında xeyriyyə məqsədi ilə keçiriləcək qardaşlıq görüşünün biletləri bu gün satışa çıxarılıb. İlk gündə 42 500 bilet satılıb.

Biletlərin qiyməti müvafiq olaraq 3, 5, 30, 50 və 100 manat arasında dəyişir.

Qeyd edək ki, qardaşlıq oyunundan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

Xəbər lenti

Xəbər lenti