...

Bədii gimnastika üzrə Azərbaycan çempionatı bu il ilk yarışım oldu - Gənc atlet

İdman Materials 24 Mart 2023 17:54 (UTC +04:00)
Bədii gimnastika üzrə Azərbaycan çempionatı bu il ilk yarışım oldu - Gənc atlet

Trend-i buradan izləyin

Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bədii gimnastika üzrə Azərbaycan çempionatı bu il mənim ilk yarışımdır.

Bunu Trend-ə çempionatın iştirakçısı, "Ocaq Sport" klubunun yetirməsi Səlma İsmayılova deyib.

"Bugünkü çıxışım ümumilikdə yaxşı keçdi, gürzlərlə kompozisiyanı mükəmməl yerinə yetirdim, top və lentlə hərəkətlərdə bəzi səhvlər oldu. Ümid edirəm ki, növbəti turnirlərdə bu səhvlərə yol verməyəcəyəm”, - gənclər kateqoriyasında yarışan idmançı vurğulayıb.

Səlma İsmayılova əlavə edib ki, çempionat öncəsi üç yoxlama məşqi keçirilib.

"Startdan əvvəl yoxlama məşqi yaxşı keçdi, onlar işləmə texnikasını təkmilləşdirməyə kömək etdi. Bədii gimnastika ilə məşğul olmağı xoşlayıram, ümid edirəm ki, gələcəkdə yaxşı nəticələr əldə edəcəyəm," - gənc idmançı əlavə edib.

Qeyd edək ki, Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatı başlayıb.

Ən zərif gimnastika növünün nümayəndələri 24 və 25 mart tarixlərində bədii gimnastika üzrə 28-ci Azərbaycan çempionatında qüvvələrini sınayacaqlar.

Yarışda "Ocaq Sport" Klubu, Bakı Gimnastika Məktəbi, Respublika Kompleks İdman Məktəbi, Gəncə-Naftalan, “Grasiya” İdman Klubu, “Zirə”, Sumqayıtdan ümumilikdə 53 gimnast iştirak edəcək.

Çempionatda 2008-2010-cu il təvəllüdlü gənclər və 2007-ci il təvəllüdlü böyükyaşlı idmançılar fərdi və qrup hərəkətləri proqramında qüvvələrini sınayacaqlar.

Fərdi gimnastlar arasında qaliblər çoxnövçülük və ayrı-ayrı alətlər üzrə (halqa, top, gürzlər, lent) müəyyənləşəcək. Qrup hərəkətləri komandaları 5 ip və 5 top (gənclər) və 5 halqa və 3 lent və 2 top (böyüklər) proqramında müsabiqədən kənar proqramlarını nümayiş etdirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti