...

Bakıda bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirinin təntənəli açılış mərasimi olub

İdman Materials 14 Aprel 2023 12:48 (UTC +04:00)
Bakıda bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirinin təntənəli açılış mərasimi olub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin təntənəli açılış mərasimi olub.

Trend-in məlumatına görə, mərasimdə bədii gimnastika üzrə AGF Trophy beynəlxalq turnirində iştirak edən ölkələr təmsil olunub. Azərbaycanın Dövlət himni səslənib.

Qeyd edək ki, yarışlar 14-16 aprel tarixlərində keçiriləcək. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edəcək. Gənc bədii gimnastlarla yanaşı, böyükyaşlı bədii gimnastlar da çıxış edəcəklər.

Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Qaliblər çoxnövçülük, komanda hesabı və ayrı-ayrı alətlər üzrə müəyyənləşəcək.

Qeyd edək ki, Azərbaycanda gənclər arasında "AGF Junior Trophy" Beynəlxalq turniri ilk dəfə 2018-ci ildə, daha sonra isə 2019-cu ildə keçirilib. Böyükyaşlı gimnastlarımız üçün turnir həm də 21-23 aprel tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə FIG Dünya Kuboku öncəsi sınaq xarakteri daşıyacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti