...

AGF Trophy Beynəlxalq turnirində hədəfim məşqlərdə üzərində çalışdıqlarımın hamısını göstərməkdir - Qırğızıstanlı gimnast

İdman Materials 14 Aprel 2023 18:31 (UTC +04:00)
AGF Trophy Beynəlxalq turnirində hədəfim məşqlərdə üzərində çalışdıqlarımın hamısını göstərməkdir - Qırğızıstanlı gimnast
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

"AGF Trophy Beynəlxalq turnirində hədəfim hər gün məşqlərdə üzərində çalışdıqlarımın hamısını maksimum göstərməkdən ibarətdir".

Bu barədə cümə günü Trend-ə yarışlarda iştirak edən gənc qırğızıstanlı gimnast Zlata Arkatova deyib.

"Yaxşı çıxış etdim, düzdür, bəzi nöqsanlar oldu. Sabah yarışın ikinci günüdür, toparlanmağa və əlimdən gələni maksimum etməyə çalışacağam. Daima çalışmaq və çoxlu məşq etmək lazımdır, yaxşı nəticələr əldə etmək üçün səy göstərəcəyəm", - deyə gənc qırğızıstanlı gimnast bildirib.

Zlata Arkatova Bakıda gimnastika arenasının çox gözəl olduğunu və burada çıxış etməkdən xoşu gəldiyini qeyd edib.

"Azərbaycana ikinci dəfədir ki, gəlirəm. Bədii gimnastika üzrə AGF Trophy Beynəlxalq turniri haqqında eşidəndə növbəti dəfə Bakıya səfər etmək imkanına görə şad oldum. Turnir möhtəşəm təşkil olunub, bu səviyyədə yarışlarda çıxış etmək xoşdur", - deyə o əlavə edib.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy beynəlxalq turnirinin yarışları 14-16 aprel tarixlərində keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edəcək.

Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti