...

Bakıda keçirilən AGF Trophy Beynəlxalq turnirinin birinci gününün finalçıları müəyyən edildi

İdman Materials 14 Aprel 2023 17:48 (UTC +04:00)
Bakıda keçirilən AGF Trophy Beynəlxalq turnirinin birinci gününün finalçıları müəyyən edildi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda yerləşən Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə AGF Trophy Beynəlxalq turnirinin birinci günü çərçivəsində gənclər arasında topla və halqa ilə məşqlər üzrə finalçılar müəyyən edilib.

Trend bu barədə cümə günü xəbər verir.

Gənclər arasında halqa ilə məşqlərdə bədii gimnastika üzrə AGF Trophy Beynəlxalq turnirinin finalına Liliana Levinska (Polşa, 32.000 bal), Vera Tuqolukova (Kipr, 30.650 bal), Lian Rona (İsrail, 29.800 bal), Natalya Usova (Özbəkistan, 28.700 bal), Dara Malinova (Bolqarıstan, 28.400 bal), Nuray Əhmədzadə (Azərbaycan, 27.800 bal), Aleksandra Udodova (Qırğızıstan, 26.700 bal), Nina Draqoviç (Monteneqro, 26.400 bal) çıxıblar.

Gənclər arasında topla məşqlərdə bədii gimnastika üzrə AGF Trophy Beynəlxalq turnirinin finalına Vera Tuqolukova (Kipr, 30.500 bal), Natalya Usova (Özbəkistan, 30.400 bal), Oliviya Maslov (Polşa, 30.350 bal), Lian Rona (İsrail, 29.700 bal), Şəms Ağahüseynova (Azərbaycan, 28.550 bal), Dara Malinova (Bolqarıstan, 27.000 bal), Sofiya Məmmədova (Azərbaycan, 26.900 bal), Aliya Əhməd (Misir, 26.500 bal) çıxıblar.

Qeyd edək ki, bədii gimnastika üzrə 3-cü AGF Trophy Beynəlxalq turnirinin yarışları 14-16 aprel tarixlərində Bakıda yerləşən Milli Gimnastika Arenasında keçirilir. Yarışlarda dünyanın 14 ölkəsindən 119 gimnast iştirak edir.

Azərbaycanı turnirdə 20-si fərdi (6 böyüklər, 14 gənclər), 18-i qrup hərəkətləri üzrə (1 böyüklər, 2 gənclər qrup komandası) olmaqla ümumilikdə 38 gimnast təmsil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti