...

Avropa çempionatında iki ölkəni çox layiqincə təmsil etdik - Yusuf Fehmi

İdman Materials 27 Aprel 2023 17:47 (UTC +04:00)
Avropa çempionatında iki ölkəni çox layiqincə təmsil etdik - Yusuf Fehmi
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

İrəvanda baş verən xoşagəlməz hadisələrə görə Ermənistan tərəfini qınayıram.

Trend xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvandakı Avropa çempionatında qızıl medal qazanan türkiyəli ağırlıqqaldıran Yusuf Fehmi Bakıdakı qarşılanma zamanı jurnalistlərə açıqlamasında deyib.

O, qarşılanma mərasiminə görə təşəkkürünü bildirib.

"Avropa çempionatında iki ölkəni çox layiqincə şəkildə təmsil etdik. Bayraqlarımızı qürurla dalğalandırdığımızı düşünürəm. Onların adlarını səsləndirmək belə istəmirəm. İndi də əlimdə Azərbaycan bayrağı var. Birlik və bərabərliyimiz daim olsun. Belə gözəl qarşılanmaya görə təşəkkür edirəm", - deyə o, əlavə edib.

Xəbər lenti

Xəbər lenti