...

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında almaniyalı idmançı lentlə hərəkətlərdə birinci olub

İdman Materials 21 May 2023 15:31 (UTC +04:00)
Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında almaniyalı idmançı lentlə hərəkətlərdə birinci olub
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda bədii gimnastika üzrə Avropa çempionatında almaniyalı Darya Varfolomeyev lentlə hərəkətlər proqramında birinci yeri tutub.

Trend xəbər verir ki, o, 32,250 xal toplayıb.

İkinci yerdə 31,600 xalla bolqarıstanlı Yeva Brezaliyeva, üçüncü yerdə isə 31,550 xalla Bolqarıstan təmsilçisi Stilyana Nikolova qərarlaşıb.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti