...

Əsas məqsədim finalda qələbə qazanmaqdır - İrina Zaretska

İdman Materials 23 İyun 2023 15:51 (UTC +04:00)
Əsas məqsədim finalda qələbə qazanmaqdır - İrina Zaretska
Zaur Mustafayev
Zaur Mustafayev
Bütün xəbərlər

Polşa. Trend:

Polşada keçirilən III Avropa Oyunlarında mübarizəmə çox yaxşı başlamışam.

Trend xəbər verir ki, bu sözləri azərbaycanlı karateçi İrina Zaretska Polşada keçirilən III Avropa Oyunları barədə danışarkən qeyd edib.

İdmançının sözlərinə görə, o, ilk görüşlərinin hər birini qələbə ilə başa vurub.

“Belə də davam etmək istəyirəm. Fikrimcə, nəticələrim çox yaxşıdır. İndi isə əsas məqsədim finalda da rəqiblərimi məğlub edərək qələbə qazanmaqdır. Bunun üçün də əlimdən gələni edəcəyəm”, - deyə idmançı sözlərinə əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti