Bakı. Trend:
"Qəbələ” müqaviləsi sona çatan iki futbolçu - müdafiəçi Ruan Renato və yarımmüdafiəçi İsnik Alimi ilə yollarını ayırıb.
Trend klubun saytına istinadla bildirir ki, futbolçular 2021/22 mövsümündən “qırmızı-qara” formanı geyinirdilər. İsnik 73 oyunda 22, Ruan 72 görüşdə 4 dəfə fərqlənib.
“Qəbələ” İdman Klubu Alimi və Renatoya “qırmızı-qara” forma ilə keçirdiyi oyunlara və qazanılan qələbələrdəki paylarına görə təşəkkür edib.