...

Azərbaycan poloçuları Avropa çempionatının finalına yüksəliblər

İdman Materials 10 Sentyabr 2023 13:13 (UTC +04:00)
Azərbaycan poloçuları Avropa çempionatının finalına yüksəliblər
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatında Azərbaycan yığması qələbə seriyasını inamla davam etdirir.

Dövlət Sərhəd Xidmətindən Trend-ə bildiriblər ki, sentyabrın 9-da komandamız yarımfinal mərhələsində Avstriya yığması ilə qarşılaşıb və növbəti qələbəyə imza ataraq finala vəsiqə qazanıb.

Mübarizəyə handikap fərqinə görə (6-8) 1,5 top fərqi ilə geridə başlayan millimiz ümumilikdə 6 qol vuraraq 6-3,5 hesabı ilə rəqibini darmadağın edib.

Rəqib komandanın qapısından zərbələrin 3-nü Tərlan Qurbanəliyev, 1-ni Elçin Camallı və 2-ni Joakin Kopello keçiriblər.

Turnirin Almaniya ilə İspaniya arasında keçirilən digər yarımfinal oyununda 7-5 hesabı ilə qonaqlar qalib olublar.

Beləliklə, Azərbaycan və İspaniya yığmaları arasında baş tutacaq final oyunu bu gün keçiriləcək.

Xatırladaq ki, çempionatın ilk oyununda yığmamız İspaniya yığmasına 6:5 hesabı ilə qalib gəlmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti