...

“Qarabağ” daha bir legioneri ilə yollarını ayırdı

İdman Materials 16 Sentyabr 2023 13:00 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

“Qarabağ” komandası futbolçusu Qaspar Panadero ilə yollarını ayırıb.

Klubun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ispaniyalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

26 yaşlı oyunçu 2021-ci ilin yayında Ağdam təmsilçisi ilə 3 illik sözləşmə imzalamışdı.

Qeyd edək ki, Qaspar Panadero zədə səbəbindən uzun müddət komandaya kömək edə bilməyib. Daha sonra heyətə düşməkdə çətinlik çəkən futbolçu əvəzedici komandaya göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti