...

Azərbaycanın iki güləşçisi dünya çempionu olub

İdman Materials 23 Sentyabr 2023 01:10 (UTC +04:00)
Azərbaycanın iki güləşçisi dünya çempionu olub

Bakı. Trend:

Azərbaycanın üç güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında final görüşünə çıxıb.

Trend xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli həlledici qarşılaşmada gürcüstanlı Nuqzari Tsurtsumiaya 13:4 hesabı ilə qalib gələrək, üçüncü dəfə dünya çempionu olub.

82 kiloqram çəkidə yarışan Rafiq Hüseynov finalda iranlı Əlirza Mohmadipianini 2:1 hesabı ilə məğlub etməklə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

77 kiloqram çəki dərəcəsində güləşən Sənan Süleymanov isə qızıl medal uğrunda görüşdə qırğızıstanlı Akjol Mahmudova sonuncu xal prinsipinə əsasən (1:1) uduzub və ikinci yerlə kifayətlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti