Bakı. Trend:
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VII tura yekun vurulacaq.
Trend xəbər verir ki, sonuncu oyun günündə bir matç keçiriləcək.
Dördüncü pillənin sahibi “Qarabağ” autsayder “Qəbələ”nin qonağı olacaq. Qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, turun əvvəlki matçlarında “Turan Tovuz” “Sumqayıt”la (0:0), “Zirə” “Neftçi” ilə (1:1), “Sabah” “Kəpəz”lə (2:2) heç-heçə edib, “Səbail” “Araz-Naxçıvan”a qalib gəlib (1:0).
Azərbaycan Premyer Liqası
VII tur
25 sentyabr (bazar ertəsi)
19:00. “Qəbələ” - “Qarabağ”
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Cəmil Quliyev, Kamran Əliyev
Qəbələ şəhər stadionu