...

Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar (FOTO)

İdman Materials 23 Oktyabr 2023 03:22 (UTC +04:00)
Azərbaycan cüdoçuları Avropa Kubokunda birinci yeri tutublar (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan cüdoçuları Latviyanın paytaxtı Riqa şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kuboku turnirində 4 qızıl, 3 gümüş və 5 bürünc medal əldə edib. Cüdoçularımız yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında birinci yeri tutub.

Azərbaycan Cüdo Federasiyasından Trend-ə bildirilib ki, iki gün davam edən yarışda Azərbaycan oğlanlar arasında 7 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.

Cüdoçularımız turnirin ilk günündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal əldə edib. Turnirin ikinci günündə oğlanlar arasında -73 kq, -81 kq və +90 kq çəki dərəcələrində 7 cüdoçumuz medallar uğrunda mübarizə aparıb. -73 kq çəkidə Cəsur İbadlı yarışın bürünc medalına sahib olub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Əhməd Mehdiyev 7-ci yerdə qərarlaşıb. -81 kq çəki dərəcəsində Əli Qazıməmmədov gümüş medal, Mehdi Abbasov isə bürünc medal qazanıb. +90 kq çəkidə final görüşündə iki cüdoçumuz Sübhan Axundov və Rəsul Səmədli qarşılaşıb. Nəticədə Sübhan Axundov qızıl medal əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti