...

"Qəbələ" rəhbərliyində istefa

İdman Materials 30 Yanvar 2024 13:56 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Qəbələ" İdman Klubu baş menecer Nail Kərimovla yollarını ayırıb.

Trend xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.

Rəsmi məlumatda onun öz istəyi ilə klubdan getdiyi bildirilib.

2021-ci ilin dekabrından bu vəzifəni tutan futbol funksioneri 2006-cı ildən klubda çalışıb. O, mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.

Onun akademiyada çalışdığı dövrdə aşağı yaş qrupu üzrə komandalar dəfələrlə ölkə çempionatının qalibi və mükafatçısı olub, beynəlxalq yarışlarda uğurlar qazanıb, U-19 avrokuboklarda mübarizə aparıb. Kərimov baş menecer kimi klubula Azərbaycan kubokunun 2022/23 mövsümünün qalibi adını qazanıb.

"Qəbələ" İK öz istəyilə klubdan ayrılan Nail Kərimova akademiya və əsas komandanın formalaşması, inkişafı, uğurlarındakı xidmətlərinə görə təşəkkür edib, ona gələcək karyerasında yeni-yeni uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti