...

Cüdoçularımız Türkiyədə Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar (FOTO)

İdman Materials 2 Mart 2024 22:44 (UTC +04:00)
Cüdoçularımız Türkiyədə Avropa Kubokunun ilk günündə 12 medal qazanıblar (FOTO)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunun ilk gününündə Azərbaycan cüdoçuları 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oğlanların mübarizəsində arasında Bahadır Feyzullayev (50 kq) və Nihad Məmişov (55 kq) qızıl medal əldə ediblər.

Qüdrət Yusif (55 kq), Mirxaliq İskəndərov (60 kq), Ümüd Qurbanov və Kənan Sadıqov (hər ikisi 66 kq) bürünc medala sahib olublar.

Qızlar arasında Xədicə Abdullayeva (40 kq) və Vüsalə Hacıyeva (52 kq) qızıl, Leyla Ələkbərova (44 kq) və Aysun Məmmədova (52 kq) gümüş, Nərmin Məmmədli (44 kq) və Diana Eldarova (48 bürünc mükafat qazanıblar.

Qeyd edək ki, turnir sabah başa çatacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti