Bakı. Trend:
Azərbaycan Gimnastika Federasiyası yarışları yüksək peşəkarlıqla keçirir
Bu barədə Trend-ə qadın gimnastika üzrə İsveçli məşqçi Helena Andersson Melander deyib.
"Yarışlarda iştirak edən məşqçilər və idmançılar Bakıda özlərini rahat hiss edirlər. Gimnastika Federasiyasının əməkdaşları bizə böyük diqqət göstərirlər. Çox gözəldir ki, gimnastlar Bakıda podium məşqləri keçirə bilər, bu, startdan əvvəl stressdən qurtulmağa və narahatlığın öhdəsindən gəlməyə kömək edir", - deyə o bildirib.
Artıq 2016-cı ildə iki dəfə və 2019-cu ildə yenidən Azərbaycanın paytaxtına səfər edən məşqçi Bakını gəzməkdən həzz aldığını qeyd edib:
"Şəhəri gəzdim, o cümlədən sahildə də oldum".
Qeyd edək ki, martın 7-10-da Bakıda Milli Gimnastika Arenasında idman gimnastikası üzrə Dünya Kuboku yarışları keçirilir. Yarışda 67 ölkədən nümayəndələr iştirak edir.
Azərbaycanı kişilər arasında idman gimnastikası yarışlarında Nikita Simonov, İvan Tixonov, Rəsul Əhmədzadə, Mənsum Səfərov, Murad Ağarzayev, qadınlar arasında idman gimnastikası yarışlarında isə Nazənin Teymurova təmsil edir.