...

Karateçilərimiz beynəlxalq turnirdə 4 medal qazanıb (FOTO)

İdman Materials 7 Aprel 2024 23:57 (UTC +04:00)
Karateçilərimiz beynəlxalq turnirdə 4 medal qazanıb (FOTO)

Bakı. Trend:

Azərbaycan karateçiləri Rusiyanın Novosibirsk vilayətində keçirilən karate üzrə beynəlxalq turnirdə iştirak edib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, təmsilçilərimiz 4 medal qazanıblar.

Azərbaycan yığması kumite yarışlarında 3, katada usə 1 medala sahib çıxıb. Ən yüksək nəticəyə 60 kq çəki dərəcəsində yarışan Əminağa Quliyev imza atıb. O, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Fərdi kumite üzrə
Əminağa Quliyev (60 kq) - I yer
Hüseyn Məmmədli (67 kq) - III yer
Murad Hacızadə (84 kq) - III yer

Kata üzrə
Ramilə Heydərova - II yer

Məqalədə:
Xəbər lenti

Xəbər lenti