...

“Milan” ispaniyalı baş məşqçi ilə danışıqlara başlayıb

İdman Materials 13 Aprel 2024 13:35 (UTC +04:00)
“Milan” ispaniyalı baş məşqçi ilə danışıqlara başlayıb

Bakı. Trend:

“Milan” rəhbərliyi baş məşqçi postuna gətirmək istədiyi Xulen Lopeteqi ilə danışıqlara başlayıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, A seriyası təmsilçisinin nümayəndələri ispaniyalı mütəxəssislə görüşüblər.

57 yaşlı çalışdırıcının Stefano Piolini əvəzləyəcəyi gözlənilir. Lakin tərəflər müzakirələrdə hələ ilkin anlaşma əldə etməyiblər.

Qeyd edək ki, Lopeteqinin son iş yeri mövsümün əvvəlində ayrıldığı “Vulverhempton” olub.

Xəbər lenti

Xəbər lenti