...

“Qaralar”la son sınaq

İdman Materials 20 Aprel 2024 09:51 (UTC +04:00)
“Qaralar”la son sınaq

Bakı. Trend:

Kanadanın Toronto şəhərində təşkil olunan şahmat üzrə İddiaçılar Turnirində XIII turun oyunları baş tutacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, iştirakçılar bir günlük fasilədən sonra lövhə arxasına keçəcəklər.

Azərbaycan şahmatçısı Nicat Abasov sonuncudan əvvəlki turda Vidit Santoş Qujrati ilə üz-üzə gələcək. 29 yaşlı təmsilçimiz qara fiqurlarla axırıncı sınağına çıxacaq.

İddiaçılar Turniri
XIII tur, 20 aprel

Yan Nepomnyaşi – Hikaru Nakamura
Rameşbabu Praqnanandja – Fabiano Karuana
Vidit Santoş Qujrati – Nicat Abasov
Dommaradju Qukeş – Alireza Firuzca

Xal durumu: 1. Dommaradju Qukeş (Hindistan), 2. Hikaru Nakamura (ABŞ), Yan Nepomnyaşi (FİDE) – 7,5, 4. Fabiano Karuana (ABŞ) – 7, 5. Rameşbabu Praqnanandja (Hindistan) – 6,5, 6. Vidit Santoş Qujrati (Hindistan) – 5, 7. Alireza Firuzca (Fransa) – 4,5, 8. Nicat Abasov (Azərbaycan) – 3.

Qeyd edək ki, XIV turun matçları aprelin 21-də təşkil olunacaq. Ağ fiqurlarla oynayacaq Nicat turnirdəki son matçında Rameşbabu Praqnanandja ilə üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti