...

İngiltərə Premyer Liqası: "Arsenal" yenidən liderliyə yüksəlib

İdman Materials 12 May 2024 21:51 (UTC +04:00)

Bakı. Trend:

Futbol üzrə İngiltərə Premyer Liqasında 37-ci turun növbəti oyunu keçirilib.

Trend-in məlumatına görə, çempionluq uğrunda mübarizə aparan "Arsenal" səfərdə "Mançester Yunayted"lə üz-üzə gəlib.

Oyun “Topçular”ın minimal hesablı qələbəsi ilə yekunlaşıb – 0:1. Oyunda yeganə qolu matçın 20-ci dəqiqəsində Trossar vurub.

Bu qələbədən sonra xallarının sayını 86-ya çatdıran "Arsenal" turnir cədvəlində liderliyi ələ keçirib. Ondan bir oyun az keçirən “Mançester Siti” isə 85 xalla ikincidir.

Bu məğlubiyyətsən sonra "Mançester Yunayted" 54 xalla 8-ci pillədə qaıb və növbəti mövzum avrokuboklarda oynamaq şansını xeyli azaldıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti