Bakı. Trend:
“Milan”ı tərk edən Olivye Jirunun yeni komandası bəlli olub.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, fransalı forvard karyerasını ABŞ-da davam etdirəcək.
Juri “Los-Anceles”lə ilin sonuna kimi müqavilə imzalayıb. Razılamanın şərtlərinə görə, müddət daha 1 il artırıla bilər. “Mələklər şəhəri” təmsilçisi MLS-də 12 turdan sonra 18 xalla 9-cu pillədə qərarlaşıb.
Qeyd edək ki, Olivye 2023/2024 mövsümündə “Milan”ın heyətində 45 oyunda 16 qol vurub, 9 ötürmə edib.