...

Ramil Şeydayev “Kocaelispor”da qalacaq

İdman Materials 13 İyun 2024 04:29 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycanlı futbolçu Ramil Şeydayev “Kocaelispor”da qalacaq.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, bu qərarı komandanın baş məşqçisi Ertuğrul Sağlam verib.

İki gün əvvəl İzmit klubuna yeni prezident seçilib. Recep Durulun rəhbərliyi ilə keçirilən iclasda komandanın gələcək planları müzakirə olunub. Baş məşqçi Sağlam Şeydayevin heyətdə saxlanılması ilə bağlı rəy təqdim edib. Bundan başqa, təcrübəli mütəxəssis xorvatiyalı Yosip Vukoviç və gürcü Gigi Beridzenin də növbəti mövsümdə “Kocaelispor”da çıxış etməsinin tərəfdarıdır.

Qeyd edək ki, Ramil bu ilin yanvarında “Kocaelispor”a keçib. Türkiyə 1-ci Liqasında uğursuz çıxışdan sonra Şeydayevin komandanı tərk edəcəyi ilə bağlı xəbərlər yayılıb.

Xəbər lenti

Xəbər lenti